Stoltenberq ABŞ-ın Avropaya əlavə qüvvələr göndərmək qərarını alqışlayıb

Stoltenberq ABŞ-ın Avropaya əlavə qüvvələr göndərmək qərarını alqışlayıb NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın Almaniya, Polşa və Rumıniyaya əlavə qüvvələr göndərmək qərarını alqışlayıb.
Digər ölkələr
2 Fevral , 2022 22:09
Stoltenberq ABŞ-ın Avropaya əlavə qüvvələr göndərmək qərarını alqışlayıb
Yens Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın Almaniya, Polşa və Rumıniyaya əlavə qüvvələr göndərmək qərarını alqışlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Stoltenberqin Brüsseldəki bəyanatında deyilir.

"Mən ABŞ-ın Almaniya, Polşa və Rumıniyada əlavə qüvvələr yerləşdirmək, NATO-nun müdafiə qabiliyyətini artırmaq qərarını alqışlayıram", - məlumatda deyilir.

O vurğulayıb ki, alyansın digər ölkələri də NATO üçün quruda, suda və havada öz qüvvələrini təmin edir.

Onun sözlərinə görə, alyans cavab qüvvələrinin hazırlığını artırıb və cənub-şərqdə əlavə döyüş qrupları yerləşdirməyi nəzərdən keçirir.

Stoltenberq NATO-nun yeni qüvvələrinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsini müdafiə xarakterli hesab edir.

Son xəbərlər

Orphus sistemi