Bakı. 11 aprel. REPORT.AZ/ İsveçin paytaxtı Stokholmda terror aktı törətməkdə təqsirləndirilən şəxs, 39 yaşlı etnik özbək əməlini etiraf edib.
“Report” “dw”ya istinadən xəbər verir ki, bunu onun vəkili bildirib.
Qeyd edək ki, o, aprelin 7-də avtomobili insanların üstünə sürüb. Hadisə nəticəsində İsveç Krallığının iki, Belçikanın bir və Böyük Britaniyanın bir tələbəsi ölüb, 15 nəfər isə yaralanıb.