Yuxarı

Staffan de Mistura: Suriya danışıqları üzrə növbəti görüş fevralın 25-də baş tutacaq

Cenevrə danışıqlarında Suriyada davam edən hərbi əməliyyatlar mövzusu müzakirə edilməyib

Bakı. 3 fevral. REPORT.AZ/ Suriya üzrə Cenevrə danışıqlarının növbəti raundu fevralın 25-də baş tutacaq. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura bildirib. 

Mistura qeyd edib ki, danışıqlar prosesində fasilə elan edilib. "Danışıqların ilk həftəsindən sonra belə qərara qəldim ki, hələ görüləcək çox iş var", - deyə xüsusi nümayəndə vurğulayıb.

O, həmçinin bildirib ki, Cenevrə danışıqlarında Suriyada davam edən hərbi əməliyyatlar mövzusu müzakirə edilməyib.

BMT baş katibinin xüsusi nümayəndəsi fevralın 4-də Londonda beynəlxalq konfransda iştirak edəcəyini də deyib.

Qeyd edək ki, bu gün Staffan de Mistura müxalifət nümayəndələri ilə görüşüb.

Yanvarın 29-dan başlayan danışıqlar prosesində hələlik tutarlı nəticələrin əldə olunmadığına işarə edən S. de Mistura fevralın 2-də İsveçrə televiziyası üçün verdiyi müsahibədə “danışıqlar naminə danışıqlar” aparmayacağını və tərəflərin münaqişənin həlli üçün ciddi addımlar atmalı olduğunu bildirib. O, hökumət və müxalifət qrupları arasında birbaşa danışıqlara başlamaq üçün hələ görüləsi işlərin çox olduğunu vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi