Şri-Lankanın kənd təsərrüfatı naziri istefa verib

Şri-Lankanın kənd təsərrüfatı naziri istefa verib Şri-Lankanın kənd təsərrüfatı naziri Mahinda Amaravira vəzifəsindən getdiyini açıqlayıb.
Digər ölkələr
10 iyul 2022 05:13
Şri-Lankanın kənd təsərrüfatı naziri istefa verib

Şri-Lankanın kənd təsərrüfatı naziri Mahinda Amaravira vəzifəsindən getdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Şri-Lankanın "Adaderana" portalı məlumat yayıb.

Amaravira Şri-Lanka Prezidenti Qotabaya Rajapaksanın iyulun 13-də vəzifəsini tərk edəcəyini elan etdikdən sonra istefa vermək qərarına gəlib. Beləliklə, Aramavira ilə birlikdə Şri-Lankanın hökumət kabinetini tərk edən nazirlərin sayı 4 nəfərə çatacaq.

İyulun 9-da minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq Rajapaksanın istefasını tələb edib. Onlar prezident iqamətgahına daxil olublar. 45 nəfər yaralanıb. Daha sonra etirazçılar baş nazirin iqamətgahının ərazisinə daxil olaraq onun binasını yandırıblar. İğtişaşlar fonunda baş nazir Ranil Vikramasinqe vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi