Şri-Lankada zibil yığınının uçması nəticəsində 20 nəfər ölüb

Şri-Lankada zibil yığınının uçması nəticəsində 20 nəfər ölüb Hazırda xəstəxanalarda 12 nəfər müalicə olunur
Digər ölkələr
16 Aprel , 2017 10:25
Şri-Lankada zibil yığınının uçması nəticəsində 20 nəfər ölüb
Foto: Reuters

Bakı. 16 aprel. REPORT.AZ/ Şri-Lankanın Kolombo şəhərində zibil yığının uçması nəticəsində ölənlərin sayı 20-ə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Xəbərdə bildirilir ki, şəhərin yoxsullar yaşayan məhəlləsində iri zibil yığınının yanması və uçması nəticəsində həmçinin onlarla insan xəsarət alıb.

Şri-Lankanın baş naziri Ranil Vikramasinqxinin sözlərinə görə, insident nəticəsində 625 evə zərər dəyib. Hakimiyyəti orqanlarıı tezliklə hadisənin nəticələrinin aradan qaldırılmasına çalışırlar. Hərbçilər dağıntılar altında qalmış insanların axtarışını davam etdirirlər.

Hazırda xəstəxanalarda 12 nəfər müalicə olunur.

Qeyd edək ki, ilkin məlumatda hadisə zamanı 11 nəfərin öldüyü, 20-dən çox yaralının olduğu bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi