Şri-Lanka hökuməti aprelin 21-də ölkə ərazisində törədilmiş terror aktlarının bütün ehtimal edilən təşkilatçılarının saxlanıldığını və ya məhv edildiyini bəyan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Reuters" məlumat yayıb.
Bildirilir ki, saxlanılan və zərərsizləşdirilənlər arasında bu partlayışların təşkili ilə bilavasitə əlaqəsi olanlar var.