Şri-Lanka polisi təkrar baş verə biləcək hücumlara dair məlumatların fonunda körpülərin mühafizəsini gücləndirib.
"Report" bu barədə RİA "Novosti"yə istinadən məlumat verir.
Qeyd edək ki, bu il aprelin 21-də terror hücumunu törədənlərdən bir neçə nəfər hələ də azadlıqdadır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kolomboda körpülər yeni hücumların hədəfi ola bilər. Bununla əlaqədar əlavə polis qüvvələri yerləşdiriləcək.
Bundan əlavə, ölkənin Hərbi Dəniz Qüvvələri çaylarda və kanallarda patrulların sayını artıracaq.