Şri-Lankada Polis Baş müfəttişi istefa verib

Şri-Lankada Polis Baş müfəttişi istefa verib Şri-Lanka Polis Baş müfəttişi (polis rəhbəri) Pucith Cayasundaru istefa verib.
Digər ölkələr
26 Aprel , 2019 12:47
Şri-Lankada Polis Baş müfəttişi istefa verib
AFP 2019 / Jewel Samad
0 : 00
0 : 00

Şri-Lanka Polis Baş müfəttişi (polis rəhbəri) Pucith Cayasundaru istefa verib.

“Report” “Ada Derana”ya istinadən xəbər verir ki, ölkə Prezidenti Maytripala Sirisena ən yaxın vaxtda yeni Baş müfəttişin təyin ediləcəyini bildirib.

Ötən gün Müdafiə Nazirliyi katibi Hemasiri Fernando da vəzifəsindən gedib.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada törədilən silsilə terror hücumları nəticəsində 359 nəfər həlak olmuş, 500-dək adam da yaralanmışdı. Respublika Prezidenti Polis Baş müfəttişi və Müdafiə Nazirliyi katibi tərəfindən bu kimi hücumların gözlənilməsinə dair xüsusi xidmət qurumlarının məruzəsinin ona təqdim olunmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi