Şri-Lankada partiya liderləri spikeri yeni prezident kimi görmək istəyirlər

Şri-Lankada partiya liderləri spikeri yeni prezident kimi görmək istəyirlər Şri-Lanka partiyalarının liderləri parlamentdəki fövqəladə toplantıdan sonra parlament sədrinin ölkənin müvəqqəti prezidenti olması barədə konsensusa gəliblər.
Digər ölkələr
9 iyul 2022 16:10
Şri-Lankada partiya liderləri spikeri yeni prezident kimi görmək istəyirlər

Şri-Lanka partiyalarının liderləri parlamentdəki fövqəladə toplantıdan sonra parlament sədrinin ölkənin müvəqqəti prezidenti olması barədə konsensusa gəliblər.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” müxalifətdən olan deputat Rauf Hakimin bəyanatına istinadən məlumat yayıb.

Eyni zamanda, partiya liderləri hesab edirlər ki, parlament spikeri müvəqqəti prezident səlahiyyətlərini icra etməlidir və keçid hökuməti qurmağa çalışmalıdır.

Qeyd edək ki, aprelin əvvəlindən Şri-Lankada yaşayış şəraitinin pisləşməsi, yanacaq, ərzaq və zəruri malların çatışmazlığına qarşı kütləvi etirazlar davam edir. COVID-19 pandemiyası səbəbindən ölkəyə xarici turistlərin az gəlməsi valyuta ehtiyatlarının azalmasına gətirib çıxarıb. Bu şəraitdə Şri-Lanka hakimiyyəti resurslara qənaət tətbiq etməyə və idxalı azaltmağa məcbur olub. Nəticədə mart ayında inflyasiya 25%-ə çatıb. Xarici borclanma və iqtisadi böhranla mübarizəyə ölkənin 51 milyard dollara çatan xarici borcu əngəl törədir.

Etiraz aksiyalarından sonra Şri-Lanka Prezidenti Qotabxai Racapaksa Baş nazir, qardaşı Mahinda Racapaksanın və hökumətin istefasını qəbul edib.

Son xəbərlər

Orphus sistemi