Şri-Lankada komendant saatı tətbiq edilib

Şri-Lankada komendant saatı tətbiq edilib Şri-Lanka hökuməti aprelin 4-dək adada qüvvədə olacaq komendant saatı tətbiq edib.
Digər ölkələr
2 aprel 2022 13:51
Şri-Lankada komendant saatı tətbiq edilib

Şri-Lanka hökuməti aprelin 4-dək adada qüvvədə olacaq komendant saatı tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət xəbər portalında dərc olunan press-relizdə deyilir.

Xatırladaq ki, aprelin 1-i axşam saatlarında hökumət iqtisadi böhranın yaratdığı iğtişaşlarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Respublikanın silahlı qüvvələri iğtişaş törətməkdə şübhəli bilinən şəxsləri həbs etmək üçün geniş səlahiyyətlərə malikdir.

Martın 31-də yüzlərlə nümayişçi ölkədə ərzaq, yanacaq və dərman çatışmazlığına etiraz etmək məqsədilə ölkə prezidenti Qotabai Racapaksanın evinə soxulmağa cəhd edib.

İngilis versiyası Sri Lanka imposes curfew

Son xəbərlər

Orphus sistemi