Şri-Lankada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Şri-Lankada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var Şri-Lanka hərbi qüvvələrinə məxsus “Y-12” tipli təyyarənin qəzaya uğraması nəticəsində 2 pilot və 2 nəfər heyət üzvü həlak olub.
Digər ölkələr
3 Yanvar , 2020 11:24
Şri-Lankada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Şri-Lanka hərbi qüvvələrinə məxsus “Y-12” tipli təyyarənin qəzaya uğraması nəticəsində 2 pilot və 2 nəfər heyət üzvü həlak olub.

“Report” AP-yə istinadən xəbər verir ki, hadisə Haputale dairəsində, paytaxt Kolombonun 200 kilometrədək şərqində, dağlıq ərazidə baş verib. Təyyarə heyətinin müşahidə tapşırığı yerinə yetirdiyi bildirilir.

Hələlik qəzanın səbəbləri məlum deyil.

Son xəbərlər

Orphus sistemi