Bakı. 22 may. REPORT.AZ/ Şri-Lankada leysan yağışlar zamanı yaranan daşqınlar və sürüşmə nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Şri-Lankanın Fövqəladə Vəziyyətlərə Reaksiya Mərkəzinə istinadən "Sinxua" agentliyi məlumat yayıb.
Bundan öncə ölənlərin sayının 71 nəfər olduğu bildirilirdi.
Son məlumatlara görə, təbii fəlakət 500 min nəfərə ziyan vurub, təqribən 200 min insan müvəqqəti sığınacaqlarda qalmaqdadır.
Hakimiyyət orqanları Araneyeyk rayonunda böyük sürüşmə nəticəsində torpaq altında qalan insanların axtarışlarını davam etdirir, hadisə yerinə ordu cəlb olunub.
Hərbçilərin qiymətləndirməsinə görə, 140-dan çox insanın dağıntılar altında qalma ehtimalı var.