​Şri-Lanka yeni prezident seçib

​Şri-Lanka yeni prezident seçib Hazırkı prezident üçüncü dəfə seçilə bilməyib
Digər ölkələr
9 Yanvar , 2015 10:12
​Şri-Lanka yeni prezident seçib

Bakı. 9 yanvar. REPORT.AZ/ Şri-Lankanın hazırkı dövlət başçısı Maxinda Racapakse prezident seçkisindəki məğlubiyyətini rəsmi şəkildə etiraf edib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, Racapakse üçüncü müddətə də prezident seçilmək istəyib, ancaq səsvermə bülletenlərinin yarısından çoxu sayılandan sonra onun az səs aldığı məlum olub.

Racapakse prezidentiliyi dövründə "Tamil-İlam azadlıq pələngləri" terror təşkilatı üzərində qələbə qazanıb. O, Şri-Lanka iqtisadiyyatını inkişaf etdirmək və ölkədə sabitliyi təmin etmək niyyətində olduğunu bildirmişdi.

Tənqidçilər onu avtoritarizmdə ittiham edirdi.

Seçkidə müxalifət nümayəndəsi Maitripala Sirizena qalib gəlib. O, ötən ilin noyabrınadək indiki hökumətdə işləyib. Sirizena seçiləcəyi halda antikorrupsiya kampaniyası keçirəcəyini və islahat aparacağını vəd edib. 

Son xəbərlər

Orphus sistemi