Şri-Lanka prezidenti Qotabaya Rajapaksa fövqəladə vəziyyət rejimini ləğv edib.
"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq sərəncam hökumətin saytında dərc olunub.
Sənədə əsasən, aprelin 1-dən ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilir.
Qeyd edək ki, Şri-Lankada aprelin 3-də iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar ölkədə genişmiqyaslı etirazlar fonunda Nazirlər Kabineti istefa verib. Prezidentin Şri-Lankada fövqəladə vəziyyət elan etməsindən qısa müddət sonra 26 nazir ictimai təhlükəsizlik, ictimai asayişin qorunması və icmanın həyatı üçün vacib olan ləvazimat və xidmətlərin təmin edilməsi maraqları naminə istefalarını elan ediblər. Ölkədə fövqəladə vəziyyətin tətbiqinə və rejimin pozulmasına qarşı keçirilən kütləvi etirazlar nəticəsində 600-dən çox insan həbs edilib.