Şri-Lankanın hüquq-mühafizə orqanları baş nazir Ranil Vikramasinqenin iqamətgahını yandırmaqda ittiham olunan üç nəfəri saxlayıb.
"Report" bu barədə "Daily Mirror" məlumat yayıb.
Saxlanılanlar 19, 24 və 28 yaşlı gənclərdir. Onlar dünən gecə kordonu yarıb hökumət başçısının Kolombodakı iqamətgahına soxulan yüzlərlə etirazçı arasında olublar. Bundan sonra bina yandırılıb.
İyulun 9-da minlərlə nümayişçi dövlət başçısının istefası tələbi ilə paytaxt küçələrinə çıxıb. Onlar baş nazirin, eləcə də iyulun 13-də istefası gözlənilən prezident Qotabai Rajapaksanın iqamətgahlarını zəbt ediblər.