Şri-Lanka kəşfiyyatı mümkün terror hücumlarından xəbərdar olub

Şri-Lanka kəşfiyyatı mümkün terror hücumlarından xəbərdar olub Şri-Lankanın xüsusi xidmət qurumları terror hücumları ehtimalından xəbərdar olub.
Digər ölkələr
22 Aprel , 2019 17:01
Şri-Lanka kəşfiyyatı mümkün terror hücumlarından xəbərdar olub

Şri-Lankanın xüsusi xidmət qurumları terror hücumları ehtimalından xəbərdar olub.

“Report” NBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident dəftərxanasının rəhbəri, Müdafiə Nazirliyinin katibi Hemasiri Fernando bildirib.

“Bu qədər irimiqyaslı hücumları gözləmirdik. Bu qədər tez zamanda törədiləcəyini də düşünmürdük”, - deyən şri-lankalı rəsmi kiçik, amma mütəşəkkil bir dəstənin terror hücumuna hazırlaşması barədə xüsusi xidmət qurumlarının hökuməti xəbərdar etdiyini diqqətə çatdırıb.

Şri-Lankanın Səhiyyə naziri və hökumət sözçüsü Racitha Senaratne də radikal islamçı təşkilat olan “Milli Tövhid Camaatları” qrupunun Ester şənbəsi günü silsilə partlayışlar törətməyə hazırlaşmasından şübhələndiklərini qeyd edib. Paytaxt Kolombo şəhərində mətbuat konfransında iştirak edən R.Senaratne Milli Kəşfiyyatın rəhbəri tərəfindən mümkün terror hücumları barədə polis baş müfəttişinin öncədən xəbərdar olunduğunu diqqətə çatdırıb: “Aprelin 4-də beynəlxalq kəşfiyyat agentlikləri hücumlar barədə xəbərdarlıq ediblər. Ayın 9-da polis baş müfəttişi xəbərdar edilmişdi”.

Son xəbərlər

Orphus sistemi