Yuxarı

Srebrenitsada soyqırım qurbanı olan daha 136 bosniyalı müsəlman dəfn ediləcək

20 ildir 1372 nəfərdən heç bir məlumat yoxdur​

Bakı. 10 iyul. REPORT.AZ/ Bosniya-Herseqovinanın Srebrenitsa şəhərində bosniyalı müsəlmanlara qarşı törədilən soyqırımın daha 136  qurbanı üçün Potoçari qəbiristanlığında məzar qazılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, onlar iyulun 11-də dəfn ediləcək.

Torpağa tapşırılacaq soyqırım qurbanlarının 18-nin 18 yaşı tamam olmayıb, ən yaşlı isə qətlə yetiriləndə 75 yaşı olan Yusuf Smayloviçdir. Y.Smayloviç oğlu və nəvəsi ilə birlikdə dəfn ediləcək.

Potoçari qəbiristanlığında ilk cənazə mərasimi 2003 -cü ilin martında keçirilib. Onda 600 bosniyalı müsəlman dəfn edilmişdi. İyulun 11-dəki mərasimlə birlikdə bu qərbistanlıqda torpağa tapşırılanların sayı 6 min 377 nəfərə çatacaq. 

Xəbərə görə, iyulun 11-də keçirləcək anım mərasimi 140 mətbuat orqanının 450 müxbiri işiqlandıracaq. Tədbirdə 30-dan çox dövlət ən yüksək səviyyədə təmsil olunacaq. Türkiyədən isə mərasimə baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğlu qatılacaq. Serbiyanın baş naziri Aleksandr Vuçiçin də təbirdə iştirak edəcəyi təsdiqlənib. 

Qeyd edək ki, 2010-cu ildə ilk dəfə Serbiyanın o vaxtkı prezidenti Boris Tadiç Srebrenitsadakı qəbristanlığı ziyarət etmişdi.

Soyqırımın 20-ci ildönümü ilə bağlı keçirlən mərasimə 40 ölkədən 50 minə yaxın insanın qatılacağı gözlənilir.

Xatırldaq ki, 1995-ci il iyulun 11-də BMT qüvvələrinin nəzarəti altında olan bu şəhərə Ratko Mladiçin komandanlığı altında Serbiya ordusu ağır texnika və çoxsaylı canlı qüvvə ilə girərək, soyqırm törədib. İki gündə 8 min 372 bosniyalı müsəlman öldürülüb. Onların hamısı kişilərdir. Həmin hadisədən 20 il ötsə də indiyədək 6 min 241 nəfər dəfn edilib . Bu günə kimi 7 min cəsəd tapılıb. 1372 nəfər barəsində heç bir məlumat yoxdur.

BMT-ni Təhlükəsizlik Şurasında Srebrenitsada soyqırımın olması ilə bağlı hüquqi sənədin qəbul edilməsi müzakirə olunub. Şuranın 15 üzvündən 10-u bu məsələnin lehinə səs verib. Rusiya veto qoyduğundan sənəd qəbul edilməyib.

Yuqoslaviyadakı 1991-1995-ci il savaşından əvvəl Srebrenitsada 36666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı on minə yaxındır. Soyqırımadək Srebnitsada əhalinin 78%-ni boşnaklar, 9% -ni isə serblər təşkil edirmiş. İndi müsəlmanların sayı 5 minədəkdir. Şəhərin əhalisinin qalanı serbdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi