Bakı. 29 oktyabr. REPORT.AZ/ Xilasedicilər Şpitsberqen arxipelaqı ərazisində yoxa çıxmış Rusiyanın "Mi-8" vertolyotunun qalıqlarını aşkar ediblər.
“Report” xəbər verir ki, bu barədə Norveçin xilasetmə xidmətinin saytında məlumat yerləşdirilib.
"Rusiyanın oktyabrın 26-da yoxa çıxmış "Mi-8" vertolyotunun qalıqları Heyerroden burnundan 2,2 km. şərqdə, okenanın 209 metr dərinliyindədir", - deyə məlumatda bildirilir.
Vertolyotun göyərtəsində 8 nəfər olub.