Bakı. 5 aprel. REPORT.AZ/ Şotlandiyada Oban şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, xilasedicilər hadisə yerində iki nəfərin meyitini aşkar ediblər.
Təyyarənin şənbə günü Tiri adasına yola düşdüyü və London vaxtı ilə 13.50-də qəzaya uğradığı ehtimal edilir.
Qəzanın səbəbləri hələ ki, məlum deyil.