Şotlandiyada sürücü maşını uşaqların üzərinə sürüb, 5 nəfər xəsarət alıb

Şotlandiyada sürücü maşını uşaqların üzərinə sürüb, 5 nəfər xəsarət alıb Hadisə zamanı xəsarət alan uşaqlar 12-14 yaş aralığında olub
Digər ölkələr
25 Mart , 2018 18:04
Şotlandiyada sürücü maşını uşaqların üzərinə sürüb, 5 nəfər xəsarət alıb

Bakı. 25 mart. REPORT.AZ/ Şotlandiyanın Qlazqo şəhərində sürücünün avtomobili qəsdən insanların üzərinə sürməsi nəticəsində 5 uşaq xəsarət alıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan uşaqlar 12-14 yaş aralığında olub.

Uşaqlardan birinin xəsarəti ciddidir, digərləri ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

İki nəfərin olduğu avtomobil hadisədən sonra ərazidən uzaqlaşıb.

Yerli polis nümayəndəsi Piter Şarpın sözlərinə görə, avtomobil uşaqların üzərinə qəsdən sürülüb və bu səbəbdən hadisə sui-qəsd kimi nəzərdən keçirilir.

Hadisənin terrorla bağlı olma ehtimalı səsləndirilməyib.

Son xəbərlər

Orphus sistemi