Şotlandiyada avtobus aşıb, 18 nəfər xəsarət alıb

Şotlandiyada avtobus aşıb, 18 nəfər xəsarət alıb Yaralılar xəstəxanalara yerləşdirilib
Digər ölkələr
2 Oktyabr , 2016 03:45
Şotlandiyada avtobus aşıb, 18 nəfər xəsarət alıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Şotlandiyada "Rangers" futbol komandasının azarkeşlərini daşıyan avtobus aşıb.

"Report"un məlumatına görə, bu barədə "Herald Scotland" qəzeti xəbər yayıb.

Məlumatda bildirilir ki, qəza İst-Erşir vilayətinin Moxlin qəsəbəsində baş verib. Şahidlərin sözlərinə görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub.

Hadisə zamanı 18 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Yerli polis müfəttişi faktla bağlı araşdırma aparıldığını bildirib. 

Son xəbərlər

Orphus sistemi