Yuxarı
    Bağlamaq

    Sosialist Rumen Radev Bolqarıstanın yeni prezidenti seçilib

    Ölkədə keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb

    Sofiya. 13 noyabr. REPORT.AZ/ Bakı vaxti ilə saat 22:00-da Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.

    “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, prezident seçkilərinin 2-ci turunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev qalib gəlib.

    “Gallup” sosial agentliyi keçirdiyi ekzitpolun nəticələrini açıqlayıb. Belə ki, Rumen Radev seçicilərin 58,5 faizinin səsini qazanıb. Onun rəqibi hakim “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) Partiyasının namizədi, Xalq Yığıncağının sədri xanım Tsetska Tsaçeva isə seçkini 35 faiz səslə başa vurub.

    Beləliklə, Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev Bolqarıstanın 5-ci prezidenti seçilib. Yeni prezident vəzifə səlahiyyətlərinin icrasına növbəti ilin yanvarında başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi