Sorğu: Hillari Klinton dörd ştatda liderdir

Sorğu: Hillari Klinton dörd ştatda liderdir H.Klinton Kolorado, Florida, Şimali Karolina və Virciniya ştatlarında D.Trampı qabaqlayır
Digər ölkələr
15 İyul , 2016 17:46
Sorğu: Hillari Klinton dörd ştatda liderdir

Bakı. 15 iyul. REPORT.AZ/ Demokrat Partiyasından ABŞ prezidentliyə namizəd olan Hillari Klinton keçirilən sorğunun nəticələrinə əsasən, ABŞ-ın 4 ştatında liderdir.

"Report" CNN-ə istinadən xəbər verir ki, "Marist"in keçirdiyi sorğuya əsasən, H.Klinton Kolorado, Florida, Şimali Karolina və Virciniya ştatlarında Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampı qabaqlayır.

H.Klinton Koloradoda 43% səslə D.Trampı (35%) üstələyir. Digər 3 ştatda faiz nisbəti belədir: Florida - 44%:37%, Şimali Karolina - 44%:38%, Virciniya - 44%:35%.

Qeyd edək ki, adları çəkilən ştatlar tarixən tərəddüd edən ştatlar sayılıb. Ona görə də orada keçirilən səsvermə seçkilərin ümumi nəticəsinə təsir göstərə bilər.

Son xəbərlər

Orphus sistemi