Sorğu: Fransızların yarısından çoxu Fransua Fiyonun növbəti prezident olacağını düşünür

Sorğu: Fransızların yarısından çoxu Fransua Fiyonun növbəti prezident olacağını düşünür Amma rəyi soruşulanların cəmi 28%-i onun seçkilərdə qələbə qazanmasını istəyir
Digər ölkələr
19 Dekabr , 2016 13:10
Sorğu: Fransızların yarısından çoxu Fransua Fiyonun növbəti prezident olacağını düşünür

Bakı. 19 dekabr. REPORT.AZ/ Fransızların 50%-dən çoxu Fransua Fiyonun 2017-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyini düşünür.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Ifop" şirkətinin "Jornal du Dimanche" nəşri üçün keçirdiyi sorğunun nəticələri bunu göstərir.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 55%-i seçkilərdə F.Fiyonun qələbə qazanacağını düşünür, amma rəyi soruşulanların cəmi 28%-i seçkilərdə onun qələbə qazanmasını istəyir. Sorğu iştirakçılarının 47%-i F.Fiyonun ölkədə islahatlar aparılmağa qadir olduğunu, 46%-i isə onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə inandığını vurğulayıb.

Eyni zamanda, respondentlərin cəmi 28%-i sabiq baş nazirin adi insanların problemlərini başa düşdüyünü, 62% isə sorğu iştirakçısı isə F.Fiyonun proqramının onlarda narahatlıq doğurduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi