Sorğu: Fransızların böyük əksəriyyəti fermerlərin etirazlarını dəstəkləyib

Sorğu: Fransızların böyük əksəriyyəti fermerlərin etirazlarını dəstəkləyib Sənayelərinin həddindən artıq tənzimlənməsindən və aşağı gəlirlərdən narazı olan fransız fermerlərinin etirazları ölkə sakinlərinin böyük əksəriyyətinin dəstəyini qazanıb.
Digər ölkələr
21 fevral 2024 23:18
Sorğu: Fransızların böyük əksəriyyəti fermerlərin etirazlarını dəstəkləyib

Sənayelərinin həddindən artıq tənzimlənməsindən və aşağı gəlirlərdən narazı olan fransız fermerlərinin etirazları ölkə sakinlərinin böyük əksəriyyətinin dəstəyini qazanıb.

“Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone Consulting” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrinə əsasən məlum olub.

Min respondentin 91%-i fermerlərin etirazının davam etdirilməsini dəstəklədiyini bildirib. Bu, yanvar ayı ilə müqayisədə iki faiz çoxdur. Həmçinin, respondentlərin 68%-nin fikrincə, hökumət aqrar sahədə vəziyyətin yaxşılaşdırılması üçün kifayət qədər tədbirlər görməyib.

Nəşr qeyd edib ki, respondentlərin 77%-nin fikrincə, prezident partiyası və hökumət fermerlərin maraqlarını zəif qoruyur ki, bu da Avropa Parlamentinə yay seçkiləri öncəsi hakim blok üçün pis əlamətdir.

Respondentlərin 60%-i kənd təsərrüfatı sənayesi üçün ekoloji tələblərin azaldılmasını zəruri hesab edib.

Son xəbərlər

Orphus sistemi