Sorğu: Almanlar pandemiyanın 2022-ci ildə təsirinin davam edəcəyini düşünürlər

Sorğu: Almanlar pandemiyanın 2022-ci ildə təsirinin davam edəcəyini düşünürlər Almaniyada insanların demək olar ki, 80%-i 2022-ci ildə pandemiyanın gündəlik həyata təsirini davam etdirəcəyinə inanır.
Digər ölkələr
30 dekabr 2021 20:45
Sorğu: Almanlar pandemiyanın 2022-ci ildə təsirinin davam edəcəyini düşünürlər

Almaniyada insanların demək olar ki, 80%-i 2022-ci ildə pandemiyanın gündəlik həyata təsirini davam etdirəcəyinə inanır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu "YouGov" Sosiologiya İnstitutunun dərc etdiyi araşdırmanın nəticələri sübut edir.

Dekabrın 21-dən 23-dək keçirilən sorğuda 2 061 nəfər iştirak edib. Respondentlərin 79%-i koronavirusun 2022-ci ildə qismən də olsa Almaniya vətəndaşlarının gündəlik həyatına təsir edəcəyinə inanır. Bununla yanaşı, respondentlərin 34%-i infeksiyanın yayılmasının ölkə sakinlərinə daha da böyük ziyan vuracağını gözləyir. Almanların yalnız 15%-i 2022-ci ildə pandemiya ilə qismən və ya tamamilə mübarizə aparmağın mümkün olacağı fikrini bildirib.

Hazırda Almaniyada epidemik vəziyyət hələ də ağırdır. Robert Kox İnstitutunun məlumatına görə, Almaniyada son 24 saat ərzində təsdiqlənmiş yeni koronavirus infeksiyası hallarının sayı 42 770 nəfər artıb.

Son xəbərlər

Orphus sistemi