Sorğu: ABŞ-da izləyicilərin əksəriyyəti debatların yekununda Hillari Klintona üstünlük verib

Sorğu: ABŞ-da izləyicilərin əksəriyyəti debatların yekununda Hillari Klintona üstünlük verib Tamaşaçıların 52%-i Klintona, 39%-i isə Trampa səs verib
Digər ölkələr
20 Oktyabr , 2016 09:20
Sorğu: ABŞ-da izləyicilərin əksəriyyəti debatların yekununda Hillari Klintona üstünlük verib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton tamaşaçıların əksəriyyətinin fikrincə, respublikaçı-rəqibi Donald Trampla debatların üçüncü mərhələsində qələbə qazanıb.

"Report" CNN-ə istinadən xəbər verir ki, bunu telekanalın "Opinion Research Corporation" ilə birlikdə müzakirələrdən dərhal sonra keçirdiyi sorğunun nəticələri göstərir.

Belə ki, tamaşaçıların 52%-i Klintona, 39%-i isə Trampa səs verib.

İki əsas rəqib arasında son debatlar Nevada ştatında, Las-Veqasda keçirilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi