​Son üç gün ərzində Əfqanıstan hökuməti İD qruplaşmasının iki liderini zərərsizləşdirib

​Son üç gün ərzində Əfqanıstan hökuməti İD qruplaşmasının iki liderini zərərsizləşdirib Əşrəf Qani: "Son üç gün ərzində biz "İslam dövləti" ilə səmərəli mübarizə aparmışıq"
Digər ölkələr
10 İyul , 2015 18:41
​Son üç gün ərzində Əfqanıstan hökuməti İD qruplaşmasının iki liderini zərərsizləşdirib

Bakı. 10 iyul. REPORT.AZ/ Son üç gün ərzində Əfqanıstan hakimiyyət orqanları "İslam Dövləti" (İD) terror qruplaşmasının iki liderini məhv edib.

"Report" RİA"Novosti"-yə istinadən xəbər verirki, bu barədə Əfqanıstan prezidenti Əşrəf Qani bildirib.

"Məmnuniyyət hissi ilə bildirməliyik ki, son üç gün ərzində biz "İslam dövləti" ilə səmərəli mübarizə aparmışıq və onun iki fəal liderini zərərsizləşdirmişik", - Əfqanıstan prezidenti geniş tərkibdə baş tutan ŞƏT dövlət başçıları Şurası iclasında bildirib. 

Son xəbərlər

Orphus sistemi