Son sutkada 12 mindən çox insan pandemiyadan ölüb

Son sutkada 12 mindən çox insan pandemiyadan ölüb Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda 628 mindən çox artaraq 64,06 milyonu ötüb.
Digər ölkələr
5 Dekabr , 2020 02:16
Son sutkada 12 mindən çox insan pandemiyadan ölüb

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda 628 mindən çox artaraq 64,06 milyonu ötüb.

“Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Eyni zamanda son sutkada dünyada təhlükəli infeksiyadan 12 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada COVID-19-dan ölənlərin sayı 1,5 milyon nəfəri ötüb.

Təşkilata daxil olan məlumata görə, dünyada təhlükəli infeksiyaya 64 603 428 yoluxma və 1 500 614 ölüm haqqında məlumatlar daxil olub. Yoluxanların sayı bir gün ərzində 628 592 nəfər, ölənlərin sayı 12 161 nəfər artıb.

Gün ərzində yoluxmaların çoxu yenə də (293 320) Şimali və Cənubi Amerikanın payına düşür. Siyahıda ikinci yerdə Avropa (234 667), üçüncü yerdə cənub-şərqi Asiya (50 086) qərarlaşıb. Bu günə qədər sutkalıq rekord yoluxma noyabrın 14-də qeydə alınıb və 667 964 yoluxma təşkil edib.

Son xəbərlər

Orphus sistemi