Son on gündə Yəməndə 115 sakin öldürülüb, 83 nəfər yaralanıb

Son on gündə Yəməndə 115 sakin öldürülüb, 83 nəfər yaralanıb Bakı. 19 dekabr. REPORT.AZ/ Son on gündə Yəməndə silahlı qarşıdurma nəticəsində 115 dinc sakin ölüb, 83 nəfər yaralanıb.
Digər ölkələr
19 Dekabr , 2017 20:51
Son on gündə Yəməndə 115 sakin öldürülüb, 83 nəfər yaralanıb
AFP 2017 / Mohammed Huwais

Bakı. 19 dekabr. REPORT.AZ/ Son on gündə Yəməndə silahlı qarşıdurma nəticəsində 115 dinc sakin ölüb, 83 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu dekabrın 19-da BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının rəsmi təmsilçisi Rupert Kolvill Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Dekabrın 6-dan 16-dək müəyyən etmişik ki, aviazərbələr nəticəsində 115 mülki sakin ölüb, 83-ü yaralanıb”, - o vurğulayıb.

2015-ci ilin martından indiyədək Yəməndə silahlı münaqişə nəticəsində 14 mindən çox dinc sakin ölüb və yaralanıb. 

Son xəbərlər

Orphus sistemi