Son iki ayda Rusiyanın Suriyadakı əməliyyatlarında ölən dinc sakinlərin sayı açıqlanıb

Son iki ayda Rusiyanın Suriyadakı əməliyyatlarında ölən dinc sakinlərin sayı açıqlanıb Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı: "Rusiya Suriyada ucuz, çirkli və idarə edilməyən bombalardan istifadə edir"
Digər ölkələr
10 Dekabr , 2015 20:33
Son iki ayda Rusiyanın Suriyadakı əməliyyatlarında ölən dinc sakinlərin sayı açıqlanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatları nəticəsində 97-si uşaq, 69-u qadın olmaqla, 403 dinc sakin həyatını itirib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı bildirib.

Təşkilatın məlumatına görə, Rusiyanın hava əməliyyatları nəticəsində İŞİD, "Ən-Nusra Cəbhəsi" "Əhrar əl-Şam", Suriya Azadlıq Ordusu və başqa silahlı qüvvələrin 381 döyüşçüsü öldürülüb.

Xəbərə əsasən, Rusiya 25 bin dollar dəyəri olan "OFAB 250-270", "OFAB 250-500"," OFAB 100-120" tipli ucuz, çirkli və idarə edilməyən bombalardan istifadə etdiyi üçün həyatını itirən dinc sakinlərin sayı çoxdur.

Təşkilatın hesabatında qeyd olunub ki, 2014-cü ilin sentyabrından 2015-ci ilin noyabrınadək ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələrinin hava əməliyyatları nəticəsində 250 dinc sakin həyatını itirib. Məlumata görə, onların 66-sı 8 yaşdan, 44-ü isə 18 yaşdan kiçikdir. Hesabatda koalisiyanın 14 aylıq əməliyyatları nəticəsində İŞİD qruplaşmasının 3 547, "Ən Nusra Cəbhəsi"nin 136 silahlısı zərərsizləşdirilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi keçirdikləri hava əməliyyatları nəticəsində dinc sakinlərin ölmədiyini bildirir. 

Son xəbərlər

Orphus sistemi