ABŞ Somaliyə hava zərbələrini artırıb

ABŞ Somaliyə hava zərbələrini artırıb Bakı. 10 yanvar. REPORT.AZ/ ABŞ Somalidə fəaliyyət göstərən Aş-Şabab terror təşkilatının obyektlərinə hava zərbələrini artırıb.
Digər ölkələr
10 Yanvar , 2019 06:57
ABŞ Somaliyə hava zərbələrini artırıb

Bakı. 10 yanvar. REPORT.AZ/ ABŞ Somalidə fəaliyyət göstərən "Aş-Şabab" terror təşkilatının obyektlərinə hava zərbələrini artırıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRICOM) məlumat yayıb. 

Məlumata görə, ötən gün Bay rayonu ərazisinə endirilmiş hava zərbəsi nəticəsində qruplaşmanın 6 döyüşçüsü, iki gün əvvəl Bağdaad bölgəsində keçirilmiş əməliyyat zamanı isə 4 silahlısı zərərsizləşdirilib.

ABŞ hərbçiləri son həftə ərzində Somaliyə 5 hava zərbəsi endirib. Nəticədə "Aş-Şabab" qruplaşmasının 26 silahlısı zərərsizləşdirilib. 

Yanvarın 7-də ABŞ-ın Somaliyə endirdiyi hava zərbəsi nəticəsində "Aş-Şabab" terror qruplaşmasının 6 yaraqlısı məhv edilib.

Son xəbərlər

Orphus sistemi