Son bir ildə BMT-nin 32 əməkdaşı öldürülüb

Son bir ildə BMT-nin 32 əməkdaşı öldürülüb Onların əksəriyyəti sülhməramlı olub
Digər ölkələr
15 Fevral , 2017 15:32
Son bir ildə BMT-nin 32 əməkdaşı öldürülüb

Bakı. 15 fevral. REPORT.AZ/ BMT-nin azı 32 əməkdaşı 2016-cı ildə xidməti vəzifələrini icra edən zaman öldürülüb.

“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Həmkarlar İttifaqı məlumat yayıb.

Xəbərdə bildirilib ki, öldürülənlərin əksəriyyəti sülhməramlı olub. Artıq üçüncü ildir BMT-nin əməkdaşları daha çox Malidə öldürülür. Ötən il bu ölkədə qurmun xidməti vəzifəsini icra edən 23 əməkdaşı öldürülüb.

Son 5 ildə BMT-nin 240-dan çox əməkdaşı qəsd nəticəsində qətlə yetirilib.

Qeyd edək ki, ötən il dünyada öz peşə vəzifəsini yerinə yetirərkən 93 jurnalist öldürülüb. 

Son xəbərlər

Orphus sistemi