Son bir ayda 3.5 min əcnəbinin Fransaya girişi qadağan edilib

Son bir ayda 3.5 min əcnəbinin Fransaya girişi qadağan edilib Polis əməkdaşlarına silahlı hücum hazırlayan iki şəxs saxlanılıb
Digər ölkələr
22 Dekabr , 2015 23:09
Son bir ayda 3.5 min əcnəbinin Fransaya girişi qadağan edilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Noyabrın 13-də Parisdə törədilən qanlı terror aktlarından sonra 3.5 min əcnəbinin Fransaya girişinə icazə verilməyib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Fransanın Daxili İşlər Naziri Bernar Kaznöv bildirib ki, eyni dövr ərzində ölkə daxilində 2898 axtarış tədbiri həyata keçirilib, milli təhlükəsizliyə təhlükə təşkil edən 346 nəfər həbs olunub.

Nazir qeyd edib ki, 130 nəfərin həyatına son qoyan terror aktlarından sonra Fransanın sərhədləri də bağlanıb.

B.Kaznöv əlavə edib ki, Orlean şəhərində iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların polis əməkdaşlarına silahlı hücum hazırladığı müəyyyən edilib.

Son xəbərlər

Orphus sistemi