Son 3 gündə Aralıq dənizində 204 miqrant boğulub

Son 3 gündə Aralıq dənizində 204 miqrant boğulub Bakı. 2 iyul. REPORT.AZ/ Beynəlxalq Miqrasiya iyunun 29-dan iyulun 1-dək Aralıq dənizində 200-dən çox insanın boğulduğunu xəbər verib.
Digər ölkələr
2 İyul , 2018 04:33
Son 3 gündə Aralıq dənizində 204 miqrant boğulub

Bakı. 2 iyul. REPORT.AZ/ Beynəlxalq Miqrasiya iyunun 29-dan iyulun 1-dək Aralıq dənizində 200-dən çox insanın boğulduğunu xəbər verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ayrı-ayrı mənbələrin məlumatına görə, son 3 gündə Liviya sahillərində 204 miqrant batıb.

Qeyd edilir ki, onlardan 103-ü cümə günü – iyunun 29-da baş verən gəmi qəzasının qurbanı olublar. Buna oxşar daha bir hadisə bazar günü – iyulun 1-də baş verib. Lakin təşkilat həlak olanların dəqiq sayını açıqlamır. Yalnız 41 nəfəri xilas edildiyi xəbər verilir.

Bununla da bu il dənizdə boğulan miqrantların sayı 1000 nəfəri ötüb.

Son xəbərlər

Orphus sistemi