Son sutkada dünyada COVID-19-a rekord yoluxma qeydə alındı

Son sutkada dünyada COVID-19-a rekord yoluxma qeydə alındı Dünyada bir gün ərzində koronavirusa rekord sayda – 237,7 min yoluxma aşkar edilib və virusa yoluxanların ümumi sayı 13,6 milyonu ötüb.
Digər ölkələr
18 İyul , 2020 01:56
Son sutkada dünyada COVID-19-a rekord yoluxma qeydə alındı

Dünyada bir gün ərzində koronavirusa rekord sayda – 237,7 min yoluxma aşkar edilib və virusa yoluxanların ümumi sayı 13,6 milyonu ötüb.

“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Son məlumata əsasən, bir gün ərzində yeni koronavirus infeksiyasına 237 743 yoluxma qeydə alınıb, COVID-19-dan 5 682 pasiyent ölüb.

Beləliklə, dünyada xəstəliyin aşkar edilmiş hallarının  ümumi sayı 13 616 593, ölüm hallarının sayı 585 727 təşkil edir.

Qeyd edək ki, əvvəlki rekord 12 iyulda qeydə alınıb. Həmin gün 24 saat ərzində COVID-19-a 230 mindən çox yoluxma aşkarlanmışdı.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi