Son 20 ildə dünyada təbii fəlakət qurbanlarının sayı açıqlanıb

Son 20 ildə dünyada təbii fəlakət qurbanlarının sayı açıqlanıb Ən çox zərər çəkən ölkələr ABŞ, Çin, Yaponiya və Hindistandır
Digər ölkələr
10 Oktyabr , 2018 15:29
Son 20 ildə dünyada təbii fəlakət qurbanlarının sayı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ Son 20 ildə dünyada baş verən təbii fəlakətlər nəticəsində 1,3 milyon insan ölüb, 2,9 trilyon ABŞ dollarından artıq maddi ziyan vurulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Təbii Fəlakətlər Təhlükəsini Azaltma Ofisinin (UNİSDR) məruzəsində bildirilir.

Qeyd olunub ki, 1998-2017-ci illər ərzində təbii fəlakətlərlə bağlı dünyadakı maliyyə itkiləri 251 faiz artıb. Təbii fəlakətlərdən zərər çəkən ölkələrin maliyyə ziyanı 2,908 trilyon ABŞ dolları təşkil edib ki, bunun da 77%-i meteoroloji hadisələrin payına düşür.

Təbii fəlakətlər üzündən ən çox maliyyə itkiləri ilə üzləşən ölkələr ABŞ (944,8 milyard dollar), Çin (492,2 milyard dollar), Yaponiya (376,3 milyard dollar) və Hindistandır (79,5 milyard dollar).

Son xəbərlər

Orphus sistemi