Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Ceyms Mettis hərbçiləri qarşıdan gələn Yeni il münasibətilə təbrik etmək üçün Kubanın Quantanamo şəhərində yerləşən Amerikanın hərbi bazasında olub.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Associated Press" agentliyi xəbər verir.
Məlumata görə, C.Mettis son 16 ilə yaxın müddətdə Quantanamoya səfər edən ilk müdafiə naziri olub.