Somalinin paytaxtı Moqadişoda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, digəri yaralanıb.
"Report"un "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Gubjug News" informasiya portalı məlumat yayıb.
Bildirilir ki, partlayış Vaberi rayonunda baş verib. Yolun kənarına quraşdırılan bomba avtomobilin oradan keçən zaman partlayıb.
Qeyd edək ki, bu son bir ayda 4-cü terror aktıdır.