Somalinin paytaxtında internet kəsilib

Somalinin paytaxtında internet kəsilib Bazar günü səhərdən etibarən Somalinin paytaxtı Moqadişuda internet təchizatı ilə bağlı problem yaranıb.
Digər ölkələr
26 İyul , 2020 13:11
Somalinin paytaxtında internet kəsilib

Bazar günü səhərdən etibarən Somalinin paytaxtı Moqadişuda internet təchizatı ilə bağlı problem yaranıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Goobjoog News” məlumat yayıb.

Paytaxt əhalisinin internetə çıxışının olmamasının səbəbləri hələ də bəlli deyil.

Qeyd edək ki, Somali parlamentinin aşağı palatası şənbə günü (25 iyul – Red) Baş nazir Həsən Əli Hayirə etimadsızlıq göstərib. Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd eyni günün axşamı Baş nazirin keçmiş müavini Mehdi Əhməd Güledini müvəqqəti hökumət başçısı təyin edib.

Hökumət başçısının vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qərar 2020-2021-ci illərdə ölkədə keçiriləcək ümumi seçkilərlə bağlı müzakirələr çərçivəsində verilib.

Son xəbərlər

Orphus sistemi