Somalinin paytaxtında güclü partlayış olub, hökumət rəsmisi yaralanıb

Somalinin paytaxtında güclü partlayış olub, hökumət rəsmisi yaralanıb Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.
Digər ölkələr
16 Yanvar , 2022 13:08
Somalinin paytaxtında güclü partlayış olub, hökumət rəsmisi yaralanıb

Somalinin paytaxtı Moqadişoda törədilən güclü partlayış nəticəsində baş nazirin mətbuat katibi yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Somalinin "Garowe" portalı məlumat yayıb.

Mətbuat katibinin olduğu avtomobilə kamikadze hücum edib. Partlayış prezident sarayının yaxınlığındakı avtomobillərin hərəkət zolağında baş verib.

12:54

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə Somalinin "Goobjoog News" xəbər portalı məlumat yayıb.

Partlayış şəhərin mehmanxana və ticarət mərkəzlərinin yerləşdiyi şimal hissəsində qeydə alınıb.

Minalanmış avtomobilin partladılması nəticəsində insan tələfatı və dağıntıların olduğu deyilir.

Son xəbərlər

Orphus sistemi