Somalinin cənubunda bazaya hücum olub: 10 hərbçi ölüb

Somalinin cənubunda bazaya hücum olub: 10 hərbçi ölüb "Əş-Şəbab" terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb
Digər ölkələr
15 May , 2015 18:21
Somalinin cənubunda bazaya hücum olub: 10 hərbçi ölüb

Bakı. 15 may. REPORT.AZ/ "Əş-Şəbab" radikal qruplaşması yaraqlılarının Somalinin cənubundakı hərbi bazaya hücumu nəticəsində ən azı 10 hərbçi həlak olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə DPA agentliyi yerli hökumət orqanlarına istinadən bildirib. 

Agentliyin verdiyi məlumata görə, insident Aşağı Şabelle regionunda baş verib. Atışma nəticəsində 15 yaraqlı öldürülüb. "Bizim əsgərlərimiz 15 yaraqlını öldürüb", - regionun başçısı Əbdülqadir Məhəmməd Nur Siidi qeyd edib.

"Əş-Şəbab" terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi