Somalidə hərbi təlim mərkəzində partlayışda bir neçə nəfər ölüb, yaralananlar var

Somalidə hərbi təlim mərkəzində partlayışda bir neçə nəfər ölüb, yaralananlar var Somalinin paytaxtı Moqadişoda bir-birinin ardınca iki güclü partlayış baş verib.
Digər ölkələr
19 Yanvar , 2022 04:04
Somalidə hərbi təlim mərkəzində partlayışda bir neçə nəfər ölüb, yaralananlar var

Somalinin paytaxtı Moqadişoda bir-birinin ardınca iki güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Somali Guardian" portalı məlumat yayıb.

Məlumata görə, terrorçu partlayıcı qurğunu hərbi təlim mərkəzinin yaxınlığındakı əsgər çayxanasının yanında işə salıb.

"Garowe" portalının məlumatına görə, insident nəticəsində 4 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Daha bir partlayış isə Darkenli metropolitenində baş verib. "Shabelle Media Network" xəbər portalının məlumatına görə, bombanın qoyulduğu avtomobil partlayıb. İnsan tələfatı barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi