Yuxarı

​Somalidə təyyarədə terror aktına görə aeroport əməkdaşları saxlanılıb - VİDEO

İstintaq partlayışın təşkilində Əş-Şabab qruplaşmasını şübhəli bilir

Bakı. 7 fevral. REPORT.AZ/ Somalinin Moqodişo hava limanının əməkdaşları "Daallo" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində törədilən terror aktına dair iş üzrə saxlanılıblar.

"Report" xəbər verir ki, bu barədə Somalinin hökumət nümayəndəsi Əbdislam Aatoya istinadən CNN məlumat yayıb.

Ölkənin Kəşfiyyat Xidməti faktla bağlı video yazı yayıb. Videoda bir hava limanı əməkdaşının digərinə noutbuk verdiyi müşahidə olunur. Məhz bu qurğu, iddiaya görə, təyyarənin göyərtəsində partlayıb.

Noutbuku göyərtəyə partlayış zamanı ölən Əbdullahi Əbdisalam Borlex keçirib. O partlayış zamanı təyyarənin salonunda yaranan dəliyə düşüb.

İstintaq partlayışın təşkilində "Əş-Şabab" qruplaşmasını şübhəli bilir.

Hadisə fevralın 2-də baş verib. Partlayışa və göyərtədə yaranan dəliyə baxmayaraq təyyarə uğurla eniş edə bilib. Nəticədə 3 nəfər zərər çəkib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi