Somalidə təyyarə qəzası baş verdi, ölənlər var

Somalidə təyyarə qəzası baş verdi, ölənlər var Somalinin cənubunda təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
4 May , 2020 21:24
Somalidə təyyarə qəzası baş verdi, ölənlər var

Somalinin cənubunda təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələrinin bəyanatına istinadən “Somali Guardian” nəşri bildirib.

Qeyd edilir ki, “African Airways” aviaşirkətinin təyyarəsi Bay regionunda aeroport ərazisində qəzaya uğrayıb.

Hadisə nəticəsində 6 nəfər həlak olub.

Təhlükəsizlik sahəsində adının çəkilməsini istəməyən məmur “Reuters” agentliyinə bildirib ki, qəza vaxtı altı yox, yeddi nəfər həlak olub. Onun sözlərinə görə, təyyarə humanitar yardım daşıyırmış.

Hakimiyyət orqanları hadisənin başvermə səbəbini araşdırır.

Son xəbərlər

Orphus sistemi