Somalidə terrorçu-kamikadze özünü partladıb, hərbçi ölüb

Somalidə terrorçu-kamikadze özünü partladıb, hərbçi ölüb Partlayış cümə günü məscidin qarşısında baş verib
Digər ölkələr
11 Avqust , 2017 15:54

Bakı. 11 avqust. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda terrorçu-kamikadze özünü partladıb, hərbçi ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayış cümə günü məscidin qarşısında baş verib.

Məlumatı polis rəsmiləri də təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi