Bakı. 7 mart. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişo şəhərində təhlükəsizlik qüvvələrinə hücum olub.
“Report” “Gulf News”a istinadən xəbər verir ki, “Əş Şəbab” terrorçu təşkilatının Prezident Sarayı yaxınlığında törətdiyi terror aktı nəticəsində 20 nəfərdən çox adam ölüb, 9 nəfər isə yaralanıb.
Ölkənin Baş naziri Həsən Əli Xəyre isə terrora qarşı mübarizənin daha da artırılacağını bildirib: “Somali hökuməti “Əş Şəbab” ilə mübarizədən çəkilməyəcək. Məqsədimiz onların işlərini hər hansı yolla bitirməkdir”.