Somalidə silahlılar Quriel şəhərini yenidən tutublar, döyüşlərdə ölənlər var

Somalidə silahlılar Quriel şəhərini yenidən tutublar, döyüşlərdə ölənlər var Somalidə silahlı qruplaşma üzvləri ölkənin mərkəzindəki Quriel şəhərini yenidən ələ keçirib.
Digər ölkələr
23 Oktyabr , 2021 23:45
Somalidə silahlılar Quriel şəhərini yenidən tutublar, döyüşlərdə ölənlər var

Somalidə silahlı qruplaşma üzvləri ölkənin mərkəzindəki Quriel şəhərini yenidən ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə "Somali Guardian" xəbər portalı məlumat yayıb.

Məlumata görə, silahlılar səhər saatlarında hökumət qüvvələri tərəfindən Qurieldən qovulduqdan sonra axşam saatlarında əks-hücuma keçiblər. Nəticədə Qalmuduq əyalətində strateji baxımdan əhəmiyyətli olan Quriel şəhəri yenidən onların əlinə keçib.

Hökumət qüvvələri ilə gün ərzində davam edən küçə döyüşlərində 12 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi