Somalidə törədilən terror aktında ölənlərin sayı 29 nəfərə çatıb, 80 yaralı var - YENİLƏNİB

Somalidə törədilən terror aktında ölənlərin sayı 29 nəfərə çatıb, 80 yaralı var - YENİLƏNİB Bakı. 1 mart. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişidə törədilən terror aktı nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
Digər ölkələr
1 Mart , 2019 11:50
Somalidə törədilən terror aktında ölənlərin sayı 29 nəfərə çatıb, 80 yaralı var - YENİLƏNİB

Bakı. 1 mart. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişidə törədilən terror aktı nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, partlayıcı maddə yüklənmiş avtomobillə edilən hücum nəticəsində 80 nəfər yaralanıb.

Bu hadisədən sonra hücum edənlərlə polis arasında atışma olub. 


*** 02:43

Somalinin paytaxtı Moqadişoda baş verən partlayış zamanı azı 15 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda yerli polisə və şahidlərə istinadən "Mareeg" portalı məlumat yayıb.

Məlumata görə, hadisə Maka-Əl-Mukaram küçəsindəki mehmanxanada baş verib. Kamikadze minalanmış avtomobili partladıb. Partlayış qonşu binalara və yaxınlıqda dayanan avtomobillərə də zərər vurub.

Terror aktına görə məsuliyyət "Aş-Şabab" qruplaşması üzərinə götürüb. Döyüşçülər bildiriblər ki, partlayışdan sonra mehmanxananın içinə soxulublar.

Qeyd edək ki, ötən ilin dekabrında Moqadişonun mərkəzində Somalidə törədilmiş terror aktında 25 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi