Somalidə partlayış törədilib, ölənlər və xəsarət alanlar var

Somalidə partlayış törədilib, ölənlər və xəsarət alanlar var Moqadişoda bazar günü baş verən güclü partlayış nəticəsində azı üç insan həlak olub, daha altı nəfər yaralanıb.
Digər ölkələr
1 Fevral , 2021 02:49
Somalidə partlayış törədilib, ölənlər və xəsarət alanlar var

Somalinin paytaxtı Moqadişoda bazar günü baş verən güclü partlayış nəticəsində azı üç insan həlak olub, daha altı nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Afrika ölkəsinin təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən “Agence France-Presse” bildirib.

"Hazırda üç nəfərin - iki mülki şəxsin və təhlükəsizlik xidmətinin bir əməkdaşının həlak olması təsdiqlənib. Ancaq say (ölənlər-red) daha çox ola bilər", - Somalinin güc strukturunun işçilərindən biri bildirib.

O, həmçinin qeyd edib ki, xüsusi təyinatlı qüvvələrin əməkdaşlarının "Aş-Şabab" qruplaşmasının silahlılarının girdiyi “Afrik Hotel” mehmanxanasına hücumu davam edir.

Son xəbərlər

Orphus sistemi